"Araz-Naxçıvan"ın rəqibi "Selta"nın futbolçusu ilə anlaşdı

09:22 - 12 İyul 2025

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" sıralarını yeni yarımmüdafiəçi ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi İspaniyanın "Selta" klubundan Karles Peresi icarəyə götürüb. 

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

Xəbər xətti