"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Andre Onana sıradan çıxıb.
Kamerunlu qolkiper ayaq əzələsindən zədə alıb. 29 yaşlı "əlcək sahibi"nin təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted" Andre Onananı 2023-cü ilin yayında "İnter"dən transfer edib. Kamerun millisinin üzvü ötən mövsüm "qırmızı şeytaanlaar"ın heyətində 50 rəsmi matçda meydana çıxıb və 67 qol buraxıb.
saytlarin hazirlanmasi