"Fənərbaxça" ingiltərəli futbolçunu açıqladı - RƏSMİ

00:57 - 13 İyul 2025

"Fənərbağça" Belçika “Gent”indən Arçi Braunu transfer edib.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb. Məlumata görə, 23 yaşlı ingilis müdafiəçi ilə “3+1” illik müqavilə bağlanılıb.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, müdafiəçinin keçidi “Fənər”ə 8,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, “sarı-lacivərlilər” daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.

Xəbər xətti