İtaliya klubu türk forvardı istəyir

12:48 - 13 İyul 2025

“Fənərbaxça”nın hücumçusu Cenk Tosun yenidən legioner həyatı yaşaya bilər.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı forvard A seriyası təmsilçisi “Kremoneze”nin maraq dairəsindədir.

A seriyasına yeni yüksələn Kremone təmsilçisi türk futbolçu ilə ilkin razılıq əldə edib.

Tosunun “Fənərbaxça” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Cenk karyerası ərzində “Ayntraxt”(Frankfurt), “Qaziantepspor”, “Beşiktaş”, “Everton”, “Kristal Pelas” klublarında oynayıb.
 

Xəbər xətti