"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiyanı yenidən tərk edə bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperə Türkiyədən təklif gəlib.
Təcrübəli futbolçuya “Qaziantep”dən təklif olub. Lunyovun “Dinamo”nu tərk edib-etməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
Rusiya millisinin də qapısını qoruyan Andrey “Torpedo”(Moskva), “Saturn”, Ufa, “Zenit”, “Bayer”(Leverkuzen) klublarında çıxış edib.