Türkiyə klubu "İnter"in sabiq hücumçusu ilə maraqlanır

14:47 - 13 İyul 2025

“İnter”in sabiq hücumçusu Federiko Bonatsoli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “Kremoneze”də çıxış edən 28 yaşlı hücumçu özü də buna razı olub.

Onun İtaliya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Bonatsoli “Fatih Karagümrük”də çıxış edə bilər. İtaliyalı hücumçu “İnter”, “Sampdoriya”, “Breşiya”, SPAL, “Padova”, “Torino”, “Salernitana”, “Verona”da oynayıb.
 

Xəbər xətti