Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovinanın “Posuşe” klubuna 1:0 qalib gəlib.
Xatırladaq ki, “Zirə” - “Hayduk” matçları iyulun 23-ü və 31-də keçiriləcək.
saytlarin hazirlanmasi