İngiltərə millisinin və “Liverpul”un sabiq hücumçusu Endi Kerrol karyerasını 6-cı liqa klubunda davam etdirəcək.
Sportal.az xəbər verir ki, təcrübəli forvard “Dagenhem end Redbridj” klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Endi ötən ay Fransanın “Bordo” klubundan ayrılmışdı.
36 yaşlı hücumçu 2028-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsus olacaq. O, karyerası ərzində “Nyukasl”, “Liverpul”,”Vest Hem”, “Ridinq” kimi klublarda oynayıb.