"Aris"in yeni transferi "Araz-Naxçıvan"la matç haqda: "Əlimizdən gələni edəcəyik"

18:33 - 13 İyul 2025

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Yunanıstanın “Aris” klubu daha bir transferi reallaşdırıb. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Finlandiya millisinin hücumameyilli yarımmüdafiəçisi Fredrik Yensenlə anlaşıb. Tərəflər 3 illik müqaviləyə razılaşıblar.

Yeni transferi klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“İlk məqsədimiz avrokuboklarla bağlıdır. Konfrans Liqasının əsas mərhələsinə düşmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, “Araz Naxçıvan” - "Aris" matçları iyulun 24-ü və 31-də keçiriləcək.
 

Xəbər xətti