"Sabah" heyətinə daha bir legioner qata bilər.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi “Maritimo”nun yarımmüdafiəçisi Xiko Qomeslə maraqlanır.
Azərbaycan kubokunun sahibi 21 yaşlı portuqalın keçidini bu yay həll etməyə çalışır.
Xikonun “Maritimo” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, “Sportinq”, “Zenit” və Portuqaliya millisinin sabiq üzvü Danninin oğludur.