"Zirə" - "Hayduk" matçının hakimləri açıqlandı

16:16 - 13 İyul 2025

"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində evdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 23-də Bakıda baş tutacaq “Zirə” - “Hayduk”oyununu yunanıstanlı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Xristos Vergetisə yan xətt hakimləri Andreas Fotopoulos və Konstantinos Staikos köməklik edəcək.

Dördüncü hakim isə Anastasios Papapetrou olacaq.

Xəbər xətti