"Fənərbaxça" qapıçı transfer etdi - RƏSMİ

21:45 - 13 İyul 2025

"Fənərbaxça" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Rizespor"dan Tarık Çetini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperlə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Tarık Çetin 2019-cu ilin yayında "Fənərbaxça"nın U-21 komandasından "Rizespor"a keçmişdi. Təcrübəli "əlcək sahibi" ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti