"Milan" Gela Due üçün "Strasbur"un istədiyindən daha az təklif edir.
Sportal.az xəbər verir ki, "L’Équipe"nin məlumatına görə, "rossoneri" 22 yaşlı sağ cinah müdafiəçisi, Kot‑d’İvuar millisinə aid futbolçu üçün ikinci təklifini verib və bu təklif əvvəlkindən 3 milyon avro çoxdur.
"Milan" Gela Due üçün 18 milyon avro ödəməyə hazırdır, lakin "Strasbur" daha yüksək məbləğ istəyir. Fransa klubu futbolçunu 28 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, Gela Due, PSJ-nin vingerlərindən Dezire Duenin böyük qardaşıdır.
saytlarin hazirlanmasi