“Napoli”nin futbolçusu Frank Anquissa karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya çempionunun aparıcı futbolçusu “Aston Villa”nın transfer siyahısında yer alıb.
Birmingem təmsilçisi kamerunlu üçün danışıqlara start verib. Anquissa özü də Premyer Liqa klubunda oynamaq istəyir. 29 yaşlı yarımmüdafiəçinin “Napoli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Kamerun millisinin üzvü karyerası ərzində “Marsel”, “Fulhem”, “Vilyarreal” klublarında çıxış edib.
saytlarin hazirlanmasi