"Zirə" Konfrans Liqası üçün iştirak ərizəsini açıqladı, Sumanın adı daxil edilmədi - SİYAHI

12:46 - 19 İyul 2025

"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi bu oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

Siyahıda 21 futbolçunun adı var. Bunlardan 2-si qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-cü isə hücumçudur.

"Zirə"nin üç futbolçusunun adı iştirak ərizəsinə daxil edilməyib. Komandanın liderlərindən olan və başqa kluba transfer olunacağı gözlənilən Salifu Suma 21 nəfərlik siyahıda yoxdur. Həmçinin, Rafael Utziqlə Yeqor Boqomolski "Hayduk"la matçların heyətində yer almayıb.

Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva

Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev

Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate

Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasındakı ilk görüş iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasında cavab görüşü isə aayın 31-də Splitdə olacaq.


Xəbər xətti