"Yuventus"un sabiq futbolçusu Federiko Bernardeski A Seriyasına qayıdıb.
Sportal.az xəbər verir ki, “Yuventus” və İtaliya millisindəki çıxışı ilə tanınan cinah oyunçusu “Bolonya”ya azad agent kimi qoşulub. İnsayder Nikolo Skiranın məlumatına görə, müqavilə 2 illikdir və əlavə 1 il uzadılma opsiyası var. Futbolçu illik 1,8 milyon avro maaş alacaq.
2022-ci ildən bəri Bernardeski MLS-də “Toronto”nun formasını geyinirdi. O, ABŞ və Kanada çempionatında 87 oyuna çıxaraq 24 qol vurub.
saytlarin hazirlanmasi