"Mançester Yunayted" "Barselona"ya güzəştə getdi

23:05 - 19 İyul 2025

"Barselona" Markus Reşfordu transfer etməyə çox yaxındır.

Sportal.az "Marca"nın məlumatına görə, Kataloniya klubu "Mançester Yunayted"in hücumçusunun icarəsi barədə ümumi razılıq əldə edib. Forvard tezliklə İspaniyaya gələcək və tibbi müayinədən keçəcək.

Bildirilir ki, ingilis futbolçu 30–35 milyon avro məbləğində satınalma şərti ilə icarəyə götürüləcək – dəqiq məbləğ hələ müəyyən edilməyib. Əvvəlcə "Mançester Yunayted" 50 milyon avro tələb edirdi, lakin sonda güzəştə gedib.

Xəbər xətti