"Qalatasaray" "Mançester Siti"nin qapıçısını İstanbul klubuna keçməyə razı salmağa çalışır.
Sportal.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Türkiyə klubu hələlik rəsmi transfer təklifi irəli sürməyib, əvəzində futbolçunun öz istəyini öyrənmək niyyətindədir. 31 yaşlı braziliyalı qapıçı 2017-ci ildən "Mançester Siti"nin heyətində çıxış edir.
Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
saytlarin hazirlanmasi