“Qarabağ”ın hədəfində olan "Akademica Vizeu"nun braziliyalı hücumçusu Andre Klovis Bolqarıstana yollana bilər.
Sportal.az “Tema Sport”a istinadən xəbər verir ki, “Levski” braziliyalını transfer etməyə yaxındır. Sofiya təmsilçisi futbolçu üçün ən azı 800 min avro tələb edən Portuqaliya klubu ilə anlaşmağa yaxındır.
Yalnız Klovisin özünün şəxsi müqaviləsini razılaşdırmaq qalır. Bildirilir ki, Bolqarıstan klubu Azərbaycan çempionuna rəqibi olsa da, “Levski” bir addım öndədir.
27 yaşlı hücumçunun Portuqaliya klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.