PSJ futbolçusunu Portuqaliya klubuna icarəyə göndərdi

10:22 - 20 İyul 2025

PSJ futbolçusu Qabriel Moskardonu icarəyə göndərib.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Braqa”da çıxış edəcək.

O, 2024-cü il yanvar ayından PSJ-də oynayır və müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Moskardo ötən mövsümü icarə əsasında “Reyms”də çıxış edib və 10 matça 1 qol vurub. Qabriel “Korintians”ın sabiq üzvüdür.

Xəbər xətti