"Şahdağ Qusar"dan gözləntilər böyükdür. Əla mövsüm keçiriblər, II Liqada çempion olublar. Qusarlı azarkeşlər yenidən Premyer Liqada görmək istəyirlər təmsilçisini.
II Liqada yaxşı heyət yığan, yaxşı büdcəsi olan "Şahdağ Qusar"ın I Liqada da ən yaxşılardan olacağı ehtimal edilirdi. Amma gözlənilməz hadisə baş verib. Sponsor birdən-birə klubdan əlini çəkib. "Şahdağ Qusar" da çıxılmaz vəziyyətdə qalıb. Yalnız dövlətin ayırdığı vəsaitlə ən yaxşı halda ortabab olmaq mümkündür. Premyer Liqaya yüksəlmək üçün daha çox maliyyəyə ehtiyac var. Yaxşı futbolçular gətirmək üçün yaxşı maliyyə şərtləri təklif etmək gərəkdir.
Düzü, "Şahdağ Qusar"la bağlı vəziyyət müəmmalı gəlir adama. II Liqada kluba böyük büdcə ayıran sponsor niyə geri çəkilib? Sponsor kluba elə II Liqada ayırdığı maliyyəni versə, dövlətdən gələn əlavə vəsaitlə yaxşı komanda qurmaq olar. Amma hələ ki durğunluqdur.
saytlarin hazirlanmasi