Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, son aylarda adı daha çox Türkiyə klubları ilə yanaşı çəkilən 24 yaşlı cinah oyunçusu fərqli seçim edib.
O, sözügedən ölkənin “Varajdin” klubu ilə müqavilə bağlayıb.
Rüfəti bu seçimi etməyə Varajdin şəhərinin eyniadlı komandasının yüksək hədəflər uğrunda oynaması və ötən mövsümün yekunlarına əsasən avrokuboklara vəsiqə qazanması məcbur edib.
“Ağ-göylər” 2024/25 mövsümünü 4-cü pillədə başa vuraraq Konfrans Liqasında mübarizə aparmaq imkanı qazanıb.
saytlarin hazirlanmasi