"İnter Mayami" növbəti transferi reallaşdırıb.
Sportal.az xəbər verir ki, MLS klubu "Atletiko"dan Rodriqo De Paulu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı argentinalı ilə 4 illik müqavilə imzalanıb.
"İnter Mayami" De Paul üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyib.
O, 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub.