"Barselona" bu futbolçu ilə yollarını ayıracaq

13:46 - 26 İyul 2025

"Barselona" Oriol Romeu ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İspaniya çempionu 33 yaşlı yarımmüdafiəçi ilə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi yaxın günlərdə ispaniyalı futbolçu ilə müqaviləyə xitam verəcək.

Qeyd edək ki, "Barselona" Oriol Romeunu 2023-cü ilin yayında "Jirona"dan transfer edib. Təcrübəli oyunçu ötən mövsüm icarə əsasında sabiq klubunun formasını geyinib.

Xəbər xətti