“Sent-Etyen” sosial şəbəkə hesabında İbrahima Vadji ilə yollarını ayırdıqlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, Fransa klubu “Turan Tovuz”un yeni transferi haqda bunları yazıb:
"Emosiyalar üçün sonsuza qədər təşəkkür edirik, Vadji. Qoy sənin yolun layiq olduğun kimi gözəl olsun".
Qeyd edək ki, “Turan Tovuz” 30 yaşlı forvardla 1+1 illik müqavilə imzalayıb. Seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund” formasını geyinib.
Mirbağırağa