“Real” Qonsalo Qarsiya ilə müqavilənin uzadılması barədə razılığa gəlib. Daha əvvəl 21 yaşlı hücumçunun əsas komandaya yüksəldiyi açıqlanmışdı.
Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Hücumçunun mövcud müqaviləsindəki 50 milyon avroluq çıxış maddəsi 1 milyard avroya qədər artırılacaq.
Qeyd olunur ki, “Real” akademiyasının yetirməsinə bəzi Premyer Liqa nəhəngləri də maraq göstərib.
Xatırladaq ki, Qonsalo son Klublararası Dünya Çempionatında 4 qol və 1 assistlə çıxış edərək turnirin ən yaxşı bombardiri olub.
saytlarin hazirlanmasi