İspaniya La Liqasının 17-ci turunun "Vilyarreal" - "Barselona" matçının ABŞ-də keçirilməsi nəzərdə tutulub.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası qərar qəbul edib.
Qarşılaşmanın 20 dekabar tarixində Mayamidəki "Hard Rok Stadionu"da təşkil olunması planlaşdırılıb.
FIFA və UEFA qərarı təsdiqləsə La Liqa oyunu Amerika qitəsində baş tutacaq. İspaniya Futbol Federasiyası müvafiq icazənin alınması üçün ali futbol qurumlarına sorğu göndərəcək.
saytlarin hazirlanmasi