AFFA "Sanderlend"in futbolçusunu milliləşdirəcək? - FEDERASİYADAN AÇIQLAMA

18:47 - 17 Avqust 2025

Artıq iki gündür ki, AFFA-nın Dennis Çirkini milliləşdirəcəyi ilə bağlı mətbuatda iddialar yayıllıb. "Sanderlend"in müdafiəçisinin millimizə cəlb olunacağı bildirilir.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov Sportal.az saytına verdiyi açıqlamada yayılan xəbərlərin əsassız olduğunu bildirib.

O, Çirkinin milliləşdirilməsi məsələsinin AFFA-nın planında olmadığını deyib: "Yayılan xəbərlər əsassızdır, həqiqəti əks etdirmir".

Qeyd edək ki, İngiltərənin U-20 yığmasında oynamış Dennis 2021-ci ildən "Sanderlend"in üzvüdür.

İrlandiyada dünyaya gələn 23 yaşlı müdafiəçi əslən Türkiyədəndir.

Xəbər xətti