"Arsenal"ın hücumçusu zədələndi

18:37 - 20 Avqust 2025

"Arsenal"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Kay Haverts sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Almaniyalı forvard dizindən zədə alıb. 26 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Arsenal" Kay Havertsi 2023-cü ilin yayında "Çelsi"dən transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti