“Balau deyirdi ki, çox güclü futbolçudur, hətta 3-cü liqanın ən yaxşısıdır"

14:55 - 5 Sentyabr 2025

Bu gün Azərbaycanın U-21 yığması AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya önünə çıxacaq.

Yığma komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlamasında “Şamaxı”dakı portuqal futbolçuları olan Rikardo Fernandes, Rikardo Apolonario və Dioqo Balau ilə arasında keçən diaoloqundan söz açıb:

“Daha çox Balau ilə söhbətimiz oldu. Mən Portuqaliya liqasını çox izləyirəm. Demək olar ki, 3-cü liqasını əzbər bilirəm. İşimiz oradan keçir. Maraqlı bir məqam var. Ötən mövsüm "Sportinq" B komandasının heyətində 3-cü liqada oynamış futbolçu bu gün Portuqaliyanın U-21 yığmasına dəvət edilib. Bu da oranın səviyyəsini göstərir, bu liqadan da çox yerə çıxış var. Balau deyirdi ki, çox güclü futbolçudur, hətta 3-cü liqanın ən yaxşıdırı. Bu haqda danışdıq. Rikardo Fernandeş daha çox şəhər haqda məlumat verdi. Onlar da sevindi, maraqlı görüş olduğunu bildirdilər. "Benfika"nın "Qarabağ"la düşməsi də onlar üçün daha çox maraqlı gəldi. Daha çox bu yöndə söhbətlərimiz oldu”.

Mirbağırağa

Xəbər xətti