"Qvardiolanın taktikası, Flikin heyəti idarə etməsi, Kloppun ünsiyyəti və Naqelsmannın geyim tərzi" - ideal məşqçi təsviri

00:01 - 16 Sentyabr 2025

Robert Levandovski ideal məşqçini təsvir edib.

Sportal.az xəbər verir ki, "Barselona"nın hücumçusunun fikrincə, ideal mütəxəssis onun çalışdığı məşqçilərin müəyyən keyfiyyətlərinə sahib olmalıdır.

Polyak futbolçunun sözlərinə görə, belə bir məşqçi Pep Qvardiolanın taktiki bacarıqlarına malik olmalı, Hans-Diter Flik kimi heyəti idarə etməli, Yurgen Klopp kimi komanda ilə ünsiyyət qurmalı, Karlo Ançelotti kimi vacib oyunlarda işləməyi bacarmalı və Yulian Naqelsmann kimi geyinməlidir.

Xəbər xətti