FİFA milli komandalarının sentyabr ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası daha iki pillə geriləyib: 1148,09 xalla 122-ci yerdən 124-cü yerə düşüb. Bu müddətdə millimiz DÇ-2026-nın seçmə mərhələsində iki oyun keçirib. Biri İslandiyaya (0:5), digəri Ukraynaya qarşı (1:1).
Azərbaycanın ən yaxın rəqibləri Zimbabvedir (1133,75). Malayziya isə (1148,23) millimizdən bir pillə yuxarı pillədədir.
Yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərinin sıralaması isə bu cürdür: Fransa – 2-ci (1870,92), Ukrayna – 28-ci (1543,06), İslandiya – 74-cü (1343,09).
Reytinqin ilk onluğu isə belə görünür:
1.İspaniya (1875,357)
2.Fransa (1870,92)
3. Argentina (1870,32)
4. İngiltərə (1820,44)
5. Portuqaliya (1779,55)
6. Braziliya (1761,6)
7. Niderland (1754,17)
8. Belçika (1739, 54)
9. Xorvatiya (1714,2)
10. İtaliya (1710,06)