"Liverpul" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

00:00 - 30 Noyabr -0001

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqanın son qalibi Rio Nqumoanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

İngiltərə U-18 millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Liverpul" Rio Nqumoanı ötən ilin yayında "Çelsi"nin akademiiyasından transfer edib. 17 yaşlı vinger bu il əsas komandaya cəlb olunub. Gənc futbolçu cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti