Azərbaycanın U-21 yığmasına namizəd bəlli oldu - Abbasovu əvəzləyə bilər

12:22 - 30 Sentyabr 2025

AFFA Ayxan Abbasovun Azərbaycan milli komandasına baş məşqçi təyin olunması ilə bağlı razılıq əldə etdikdən sonra U-21 yığmasına məşqçi axtarışlarına başlayıb. 

Sportal.az saytına verilən məlumata görə, gənclərdən ibarət yığma komandamıza yerli məşqçi təyinatı reallaşacaq.

Tanınmış namizədlərdən biri də Arif Əsədovdur. 

mXatırladaq ki, o, Fernandu Santuşdan əvvəl A millimizdə məşqçilər korpusunda uzun müddət yer alıb. 
 

Xəbər xətti