Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarına bu gün yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son yarış günündə Şəkidə bədii gimnastların mübarizəsində medalçılar müəyyənləşəcək.
Saat 19:00-da Gəncə stadionunda rəsmi bağlanış mərasimi baş tutacaq.
Xatırladaq ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.
Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
saytlarin hazirlanmasi