Qırğızıstan çempionatının hazırkı bombardiri Aleksey Zinkeviç yeni ilə Premyer Liqamızda başlamağa çox yaxındır.
Sportal.az saytına verilən məlumata görə, “Alay”ın əsas hücumçusuna çempionatımızda çıxış edən klubdan təklif gəlib.
Bu barədə futbolçunun meneceri, vaxtı ilə U-21 yığmamızda da oynamış Qvanzav Maqomedov saytımızın əməkdaşına məlumat verib.
Zinkeçivin transferinin baş tutub-tutmayacağı qışda dəqiqləşəcək. Hazırda danışıqlar davam etdirilir.
28 yaşlı hücumçunun “Alay”la müqavilə müddəti 2025-ci il dekabrın 31-də başa çatacaq. O, indiyə qədər “Volın”(Lutsk), “Şaxtyor”, “Aqrobiznes”, “Çernomorets”, “Niva”, “Poqon” klublarında oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi