Millimizin keçmiş qolkiper yığma komandamızda işləyəcək - yeni təyinat

13:22 - 17 Oktyabr 2025

Azərbaycanın U-21 yığmasının məşqçilər korpusunda dəyişiklik baş verib.

Sportal.az saytına verilən məlumata görə, qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov AVRO-2027-nin seçmə mərhələsinin iki oyunundan sonra U-19 yığmasına geri qayıdıb.

Onu isə milli komandamızın sabiq qolkiperi Rauf Mehdiyev əvəzləyib.

O, U-21 yığma komandamızın müvəqqəti baş məşqçisi Rəşad Eyyubova kömək edəcək.
 

Xəbər xətti