"Montiel zədə səbəbindən hələ tam potensialını göstərə bilməyib" - "Qarabağ"ın legioneri haqda danışdı

12:22 - 19 Oktyabr 2025

"Mən həmişə Azərbaycan Premyer Liqasının rəqabətinin səviyyəsini yüksəldə biləcək daha çox oyunçunu cəlb etməyə hazıram. Joni Montielin nəyə qadir olduğunu zamanla görəcəksiz. Zədə səbəbindən hələ tam potensialını göstərə bilməyib, lakin tam formada olduqdan sonra liqada fərq yaradacaq. Sierra İspaniya, Belçika və Xorvatiyada yaxşı mövsümlər keçirib. Amoah da gəncdir, “Qəbələ”də yaxşı oynayır".

Bu sözləri Sportal.az saytına açıqlamasında futbol agenti Mikel Alvaro deyib. Bu mövsüm Azərbaycana bir neçə legioneri gətirən ispan “Qarabağ”ın futbolçusu Joni Montiel haqda danışıb. 

O, Montiella yanaşı, “Qəbələ”yə keçən Xayme Sierra və İsak Amoah barədə də fikirlərini söyləyib: “Sierra göstərir ki, “Qəbələ”nin yarımmüdafiəsinin lideridir. O, çox çalışır, keyfiyyət və təcrübəsi ilə töhfə verir. Amoaha gəlincə, gənc olmasına baxmayaraq, özünü çox rəqabətədavamlı, komandanın ən etibarlı müdafiəçilərindən biri olduğunu sübut edir. Demək olar ki, hər dueldə qalib gəlir və oyundan-oyuna böyüyür. Daha yaxşı olacaqlarına əminəm".

Mirbağırağa
 

Xəbər xətti