"Barselona" Flikə görə etiraz edəcək

15:21 - 20 Oktyabr 2025

"Barselona"nın baş məşqçisi Hans Flik La Liqanın 9-cu turunun "Jirona" ilə matçında (2:1) qırmızı vərəqə alıb.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi qərardan narazıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub qırmızı vərəqənin ləğv olunması üçün hüquqi addımlar atacaq. Rəhbərlik alman mütəxəssisin "El Klasiko"da komandanın yanında olmasını istəyir.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması oktyabrın 26-da Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Xəbər xətti