Premyer Liqada ayın məşqçisi açıqlandı

17:51 - 7 Noyabr 2025

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Ruben Amorim həmkarlarını qabaqlayıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin noyaby ayından "Mançester Yunayted"ə rəhbərlik edən portuqaliyalı mütəxəssis ilk dəfə ayın məşqçisi seçilib.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunun hər birində qalib gəlib. "Qırmızı şeytanlar" "Sanderlend", "Liverpul" və "Brayton"u məğlub edib.

Xəbər xətti