"Udineze"də icarə əsasında çıxış edən Nikolo Zaniolo "Milan"a keçə bilər.
Sportal.az xəbər verir ki, müqavilə ilə "Qalatasaray"a məxsus olan italiyalı futbolçu Udine təmsilçisinin heyətindəki performansı ilə "Milan"ın diqqətini çəkib.
"Rossonyerilər"in 26 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatacağı gözlənilir.
Bunun üçün isə "Milan"ın "Qalatasaray"a 10 milyon avro ödəyəcəyi ehtimal edilir.
Zaniolo bu mövsüm "Udineze"nin heyətində çıxış etdiyi 10 rəsmi matçda 4 qol vurub.
Onun Türkiyə çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
