“Milan” qapıçısı Mayk Maynan üçün hərəkətə keçib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” 30 yaşlı qolkiperin komandada qalmasını istəyir. Bunun üçün onunla dnaışıqlara start verib. Maykın “Milan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
İtaliya klubu onunla iki illik yeni müqavilə imzalamağı planlaşdırır. Fransa millisinin üzvü PSJ-nin yetirməsidir. O, PSJ və “Lill” klublarında oynadıqdan sonra 2021-ci ildə “Milan”a keçmişdi.
saytlarin hazirlanmasi
