"Qarabağ"ın futbolçusu Emmanuel Addai Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun legioneri komandasının Misli Premyer Liqasının 11-ci turunda "Neftçi" üzərindəki qələbəsindən bəhs edib.
Addainin "Azərbaycan derbisi"ndə əla atmosfer olduğunu bildirib:
"Neftçi" ilə matçda qalibiyyət xoş oldu. Bəli, bu, çox gözəl hissdir. Stadionda əla atmosfer var idi. Azarkeşlər həqiqətən möhtəşəm idilər, tribunalarda boş yer yox idi. Özümü çox yaxşı hiss etdim. Qələbə də bizim üçün çox önəmli idi. Çünki bu nəticə bizi turnir cədvəlində lider kimi daha rahat vəziyyətə gətirir. Oyun günü doğrudan da çox gözəl hiss yaşadım. Təşəkkür edirəm. Qalibiyyət də xoş oldu. Yolumuza davam edirik. Qarşıda matçlar çoxdur. Hazırlaşacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
