Gürcüstanın “Dinamo”(Tbilisi) klubunun hücumçusu, əslən Azərbaycandan olan 19 yaşlı Yusuf Mehtiyev Sportal.az saytına açıqlama verib.
Ötən mövsüm "Dinamo"nun əsas komandasında debüt də etmiş Mehtiyev hazırkı durumundan və yığmamızda çıxış etmək şanslarından bəhs edib:
"Dinamo"da işlərim normal gedir. Əvəzedici heyətdə oyunlara çıxıram. Komandam üçün ən yaxşısını etməyə çalışıram. Əvəzedici heyətdə daimi olaraq oynayıram. 7 matçda 2 qol vurmağı bacarmışam. Təbii ki, daha yaxşı nəticə ortaya qoymaq istəyirəm.
AFFA-dan son zamanlarda heç bir dəvət almamışam. Xeyr, Gürcüstan yığmasına da çağırmayıblar. Mən klubumda daimi əvəzedici heyətdə oynayıram və ən yaxşısını etməyə çalışıram".
Qeyd edək ki, 18 yaşlı forvard ötn il Gürcüstanın U-19 yığmasına da dəvət edilmişdi.
"Dinamo"nun əsas komandasının üzvü olan Mehtiyev Gürcüstandada dünyaya gəlib. Bir ara isə AFFA onu aşağı yaş qruplarından ibarət yığmalarımıza dəvət etmək istəyirdi.
Mirbağırağa
saytlarin hazirlanmasi
