Kamerun milli komandasının Afrika Millətlər Kuboku üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, "Neftçi"nin hücumçusu Vensan Abubakar və "Trabzonspor"un qapıçısı Andre Onana yığmaya dəvət almayıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi David Paqu hər iki futbolçunun adını 28 nəfərlik siyahıya daxil etməyib.
Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən gələn ilin 18 yanvar tarixinə kimi Mərakeşdə keçiriləcək. Kamerun millisi Qabon, Fil Dişi Sahibi və Mozambiklə eyni qrupda mübarizə aparacaq.
saytlarin hazirlanmasi
