İspaniya millisinin hücumçusu "Tottenhem"ə keçə bilə

14:50 - 2 Dekabr 2025

"Portu"nun hücumçusu Samu Aqehova karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Teamtalk" məlumat yayıb.

London klubu Samunu yabvar ayında heyətinə qatmağı planlaşdırır. Portuqaliya nəhəngi 21 yaşlı forvard üçün 80 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Portu" Samu Aqehovanı 2024-cü ilin avqust ayında "Atletiko"dan 80 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm "əjdahalar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti