"Real" Almaniya millisinin üzvü ilə maraqlanır

15:33 - 2 Dekabr 2025

Madridin “Real” klubu “Ayntraxt”ın müdafiəçisi Nataniel Braunun transferi ilə maraqlanır.

Sportal.az "Sky Sport Germany"a istinadən xəbər verir ki, İspaniya klubunun nümayəndələri Bundesliqada “Köln”ə qarşı oyun və Çempionlar Liqasında “Atalanta” ilə matçda iştirak edərək 20 yaşlı futbolçunun çıxışını diqqətlə izləyiblər.

Mənbənin məlumatına görə, “Ayntraxt” yayda təklifləri nəzərdən keçirməyə hazırdır. Almaniyalı sol cinah müdafiəçisinin transfer dəyəri 60-70 milyon avro arasında qiymətləndirilir. Futbolçunun klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Nataniel Braun cari mövsümdə bütün turnirlər üzrə 18 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti