“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa klublarının diqqətini cəlb edib.
Sportal.az xəbər verir ki, 25 yaşlı polşalı futbolçunun Çempionlar Liqasındakı performansından sonra “Borussiya”(Dortmund) və “Benfika” ilə yanaşı, "Napoli" də maraqlanmağa başlayıb.
Ağdam klubunun qarşıdan gələn qış transfer pəncərəsində polşalı futbolçunu saxlaya bilib-bilməyəcəyi hələlik məlum deyil.
Koxalskinin “Qarabağ"la müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.
Lakin klub onun müqavilə müddətini bir illik artırmaq hüququna da sahibdir.
