“Dinamo”(Kiyev) və SSRİ millisinin keçmiş müdafiəçisi İvan Yaremçuk DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Krakovda Ukrayna və Azərbaycan arasında keçirilmiş oyunundan (2:1) əvvəl Polşa polisi tərəfindən həbsinin səbəbləri barədə şərh verib.
Sportal.az “BLIK.ua” portalına istinadən xəbər verir ki, veteran futbolçu məsələ haqda bunları deyib:
"Həbsin səbəbi? Praqadakı bir kazinoda menecerlə mübahisə etdim, az qala dalaşacaqdım. Hər şey fişkalarla bağlı idi. Çexiya və Polşa hər ikisi AB ölkələri olduğundan, Ukrayna-Azərbaycan matçından bir gün əvvəl gəldiyim Krakovda həbs olundum. Təfərrüatlara varmaq istəmirəm. Artıq hamı bilir ki, kazinoda hər şeyimi itirmişəm, bəs niyə bu məsələyə çox fikir verim?”.
saytlarin hazirlanmasi
