"Zirə" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçi"yə 1:0 hesabı ilə qalib gələrək adını mövbəti mərhələyə yazdırıb.
Sportal.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Püşkdən sonra bu mərhələdə ən maraqla gözlənilən oyun idi. Hər iki komanda gözləntilərin qarşılığını verdi. Maraqlı oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyundan həzz alırdım. Çox yaxşı komplektləşmiş komandaya qarşı oynayırdıq. Futbolçularımız inamlı mübarizə apardılar. 75-80 dəqiqə bərabər səviyyədə oyun getdi, ondan sonra üstünlük bizdə idi. Çalışırdıq ki, oyun penaltilərə getməsin. Şükürlər olsun ki, əlavə vaxtda önəmli qol vurduq. Rəhbərliyi, azarkeşləri, futbolçuları təbrik edirəm. Ailə olaraq qələbə qazandıq".
- İssa Cibrillanı niyə əvəzlədiz?
- Əvvəlcədən plan var idi ki, İssa başlasın, sonra Junior oyunu gücləndirsin. "Kəpəz"lə yaxşı oynamışdı Oyuna əvvəlcədən başlasaydı, 55-60-cı dəqiqədə fiziki düşmüş olardı. Özü ilə bu barədə danışmışdıq. İssanı dəyişməyə ürəyim gəlmirdi. Amma zədədən yeni çıxıb. Orada sağlamlığını düşündüm. İnsan sağlamlığı daha önəmlidir. O da effektiv oldu.
- Junior Martins qol vurduqdan sonra rəqib azarkeşləri qıcıqlandırdı. Bu, Rəşad Sadıqovun futbolçusuna yaraşan hərəkət deyildi...
- Görmədim. Edibsə, səhv edib. Nə komandamıza, nə mənə, nə də özünə yaraşan bir hərəkət deyil. Rəqib futbolçuları, azarkeşləri qıcıqlandırmaq doğru deyil. Mütləq şəkildə bu barədə tədbir görəcəm.
Mirbağırağa
saytlarin hazirlanmasi
